Rossi Bakıya gəlir
28.08.2009 - 17:24
Rossi Bakıya gəlir
21 yaşadək futbolçular arasında Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinə san-marinolu hakimin fiti ilə başlayacaq. Apasport.az saytının məlumatına görə, sentyabrın 5-də Albaniya ilə keçiriləcək oyunun baş hakimi Stefano Podeşi olacaq. 7 ildir FİFA hakimi olan 42 yaşlı referiyə yan xətt hakimləri Manuel Qiusti, Massimo Zanotti, həmçinin dördüncü hakim Qabriele Rossi kömək edəcək Matçın hakim-inspektoru və UEFA nümayəndəsi maltalı Emanuel Zammit olacaq.

Qeyd edək ki, Durres şəhərinin “Niko Dovana” şəhərində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
0