Türkiyədə 4 futbolçudan biri siqaret çəkir
28.08.2009 - 18:00
Türkiyədə 4 futbolçudan biri siqaret çəkir
Türkiyədə oynayan futbolçular arasında maraqlı sorğu keçirilib. Apasport.az saytının məlumatına görə, 360 futbolçunun qatıldığı sorğuda onlardan siqaret çəkib-çəkməmələri soruşulub. Yekunda məlum olub ki, Türkiyədə hər 4 peşəkar futbolçudan biri siqaret çəkir. Həvəskarlar arasında isə bu göstərici daha yüksəkdir: 54,2 faiz.

Bundan başqa, futbolçuların alkoqola meylləri də öyrənilib. Peşəkarlar arasında 42,1 faiz, həvəskarlardan isə 48,3 faiz spirtli içkilərdən istifadə edir.

Peşəkar futbolçular:
Siqaret çəkənlər - 25 faiz (hər gün siqaret çəkənlər 73,8 faiz; 3-4 gündən bir çəkənlər 24,6 faiz)
Spirtli içki istifadəçiləri - 42,1 faiz (hər gün içənlər 2,9 faiz; 3-4 gündən bir içənlər 54,9 faiz; həftədə bir dəfə içənlər 27,5 faiz)

Həvəskar futbolçular:
Siqaret çəkənlər - 54,2 faiz (hər gün siqaret çəkənlər 86,2 faiz; 3-4 gündən bir çəkənlər 7,7 faiz)
Spirtli içki istifadəçiləri - 48,3 faiz (3-4 gündən bir içənlər 19,3 faiz; həftədə bir dəfə içənlər 47,4 faiz; ayda bir dəfə içənlər - 33,3 faiz)
0