Roman Pavlyuçenko Lənkərandakı oyunun nəticəsi haqda danışdı
07.09.2009 - 10:55
“Finlandiya yığmasının Azərbaycan milli komandasını səfərdə sıxıb, qələbəni qoparması faktı məni qətiyyən məyus etmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının hücumçusu Roman Pavlyuçenko deyib.
Yığmamızla martın 28-də Moskvada keçirilmiş rəsmi oyunda (2:0) cərimə zərbəsindən vurduğu qolla hesabı açan 28 yaşlı futbolçu Lənkəranda qeydə alınan nəticəyə görə üzülməyib. Finlandiya cənub şəhərimizdə qazandığı əzmkar qələbə (2:1) sayəsində Rusiya ilə 5 xallıq fərqi saxladı və pley-off oyunlarına vəsiqə verən 2-ci yerə şanslarını nəzəri cəhətdən saxlayır. Halbuki Lənkəranda xal itkisi finlərin bu arzusunun üstündən birdəfəlik xətt çəkmiş olacaqdı. Rəqiblərin çıxışına elə də fikir verməyən Pavlyuçenkonun sözlərinə görə, milli komandamızdan kömək gözləmirmiş: “Güclü komanda kiminsə ona kömək etməsinə ümid etməməlidir. O, bütün vəzifələri özü həll etməlidir. Sözsüz ki, indi güclü komandamız var”.
Qeyd edək ki, Azərbaycanla olduğu kimi, Lixtenşteynlə ev oyununda (3:0) da standard vəziyyətdən fərqlənən Roman hər iki qolunu penalti zərbəsindən vurub.

0
0