Azərbaycan yığmasında 158-ci futbolçu...
07.09.2009 - 11:06
Azərbaycan yığmasında 158-ci futbolçu...
Bakının “Neftçi” klubunun futbolçusu Ruslan Abışov Azərbaycan yığmasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı müdafiəçi Finlandiya ilə dünya çempionatının seçmə oyununda meydana çıxmaqla, yığmada ilk görüşünü keçirib. Artıq ilk hissənin 45-ci dəqiqəsində əvəzlənən Ruslan adını millinin tarixinə yazdırıb. Belə ki, o 17 illik tarixə malik yığmanın sayca 158-ci oyunçusu olub.