657 günlük həsrətin sonu
07.09.2009 - 11:27
Azərbaycan yığmasının 657 günlük həsrətinə Lənkəranda son qoyuldu. Apasport.az saytının hesablamalarına görə, milli komandamız məhz 657 gündən sonra rəsmi oyunda qol vurdu. Bu, Lənkəranda keçirilən Azərbaycan – Finlandiya görüşündə (1:2) baş verdi. Berti Foqtsun çalışdırdığı komanda cari seçmə mərhələdə axır ki, rəqib qapısına yol tapa bildi. Bununla, Azərbaycan cari seçmə mərhələdə Avropada “arzuolunmaz imic”dən yaxa qurtara bildi. Belə ki, indi qitədə seçmə mərhələ oyunlarında qol vura bilməyən yalnız bir yığma – Malta qaldı.
Milli komandamız sonuncu rəsmi oyununu də finlərə vurmuşdu. Bu, 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Helsinkidə keçirilən görüşdə Mahmud Qurbanovun vurduğu qol sayəsində mümkün olmuşdu. Maraqlısı isə odur ki, həmin matçda da hadisələr ikinci hissədə cərəyan etmiş, ilk qolu biz vurmuş, finlər sonradan qapımıza iki dəfə yol tapmaqla 2:1 hesablı əzmkar qələbə qazanıb. Bu dəfə də qol vurmaq missiyasını yığmamızın oyun qurucusu öz üzərinə götürüb və 36 yaşlı Mahmudun gənc həmkarı Elvin Məmmədov fərqlənib.
Qeyd edək ki, milli komandamızın bir həsrətinə son qoyulsa da, digəri hələ davam edir. Bu da rəsmi oyunlarda qələbə qazanmamaqla bağlıdır. Yığmamız sonuncu dəfə 2007-ci ilin martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda elə Finlandiyanı yenib – 1:0. Həmin vaxt da qələbə topunu yarımmüdafiəçi – Foqtsun heç vaxt yığmaya çağırmadığı Emin İmaməliyev vurub.

0
0