Bəylə gəlin də gəldi - FOTO
07.09.2009 - 11:59
Bəylə gəlin də gəldi - FOTO
Azərbaycan çempionu “Bakı”nı Çempionlar Liqasından kənarlaşdıran Bolqarıstanın “Levski” klubu kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, sofiyalılar Georgi Asparuxov adına stadionda “Metallurq”la qarşılaşarkən şoka düşüb.

Belə ki, oyunun gedişində yeni ailə quran cütlük tribunada peyda olub. Nigah masasından birbaşa arenaya gələn cütlük bütün azarkeşlərin diqqətini özünə cəlb edib. Darıxdırıcı oyuna rəng qatan yeni ailə üzvlərini qohumları ilə birgə toy mərasiminə deyil, matça gəlməsinə “Levski” futbolçularını da biganə qalmayıb. Artıq fasilədə futbolçular gözlənilməz qonaqlarla şəkil çəkdirməyə tələsib. Braziliyalı Joazinyo isə xatirə şəkli üçün gəlinin yanına qaçıb.