Azərbaycanlı futbolçunun sevgilisi “Dünya gözəli” seçilə bilər
07.09.2009 - 13:43
Azərbaycanlı futbolçunun sevgilisi “Dünya gözəli” seçilə bilər
Türkiyə yığmasının və “Qalatasaray” klubunun futbolçusu Sərvət Çətinin sevgilisi iddia edilən Alessandra Alores Almaniya gözəli seçilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, əslən azərbaycanlı futbolçu ilə eşq macərası yaşadığı söylənilən gözəlçə “Miss World Germany 2009” müsabiqəsinin qalibi olub. Bu uğuru ilə yaxın zamanlarda Alores Cənubi Afrika Respublikasında keçiriləcək “Dünya gözəli” yarışmasına vəsiqə qazanıb.

Qeyd edək ki, manekenliklə məşhurlaşan almaniyalı xanım Sərvətlə birgə şəkillərinə münasibət bildirərkən, sevgili yox, dost olduqlarını açıqlamışdı.