Mertezaker Azərbaycanla qarşılaşmaya xüsusi motivasiya ilə çıxacaq
07.09.2009 - 13:56
Mertezaker Azərbaycanla qarşılaşmaya xüsusi motivasiya ilə çıxacaq
“Bakıda Azərbaycana qarşı olduğu kimi oynamamışıqsa, deməli, özümüz də işimizdən razı qalmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının futbolçusu Per Mertezaker deyib.

Almaniya Futbol İttifaqının rəsmi internet saytına müsahibə verən 25 yaşlı müdafiəçi sentyabrın 5-də CAR-a qarşı keçirilən yoldaşlıq oyunundan razı qalıb. “Verder” klubunda çıxış edən Per Bundestimin qarşıdakı oyunlarına da toxunub: “Bilirəm ki, oktyabrda Rusiya ilə səfərdə vacib oyunumuz olacaq və həmin qarşılaşmada qalib gələcəyik. Dünya çempionatından kənarda qalacağımızı heç ağlıma belə gətirmirəm. Lakin mən peşəkaram və bu haqda çox düşünməyib özümü qarşıdakı vəzifəyə kökləyirəm. İlk növbədə Azərbaycanı məğlub etməli, sonra Moskvanı düşünməliyik. Yeniyetmə vaxtı süni örtükdə oynamışam. Bu çox ağır idi. Elə bil ki, betonun üstündə oynayırdıq”.

Qeyd edək ki, əslən hannoverli olan Mertezaker doğma şəhərdə keçiriləcək Azərbaycanla qarşılaşmaya xüsusi motivasiya ilə çıxacaq.
0