Ukrayna - İngiltərə matçına necə baxmaq olar?
07.09.2009 - 14:44
Ukrayna - İngiltərə matçına necə baxmaq olar?
Britaniya futbolu tarixində ilk dəfə İngiltərə milli komandasının oyunu yalnız internet vasitəsilə yayımlanacaq. Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları Ukrayna ilə səfərdə keçiriləcək matçı televiziya vasitəsilə izləyə bilməyəcək.

Qarşılaşmanın yayım hüququnu alan “Kentaro” şirkəti görüşü göstərməklə bağlı “Setanta” ilə anlaşmışdı. Lakin teleşirkətin müflis olması ingilisləri futbola həsrət qoyub. “Kentaro”ya müraciət edən telekanallar olsa da, heç biri ilə razılığa gələ bilməyən şirkət matçın elə yalnız internetlə yaymlanması ilə kifayətlənməyə qərar verib.
0