Sürüşdü birdən-birə, dəydi üz üstə yerə
07.09.2009 - 15:25
Sürüşdü birdən-birə, dəydi üz üstə yerə
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Uels yığması daha bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, seçmə mərhələ boyu zədəli futbolçular sarıdan “bolluq” içində olan britaniyalılar gənc yarımmüdafiəçi Co Ledlinin də itkisi ilə barışmalı olacaq. 22 yaşlı futbolçu meydandan kənarda, kuryoz vəziyyətdə xəsarət alıb.

Belə ki, o komandanın qaldığı otelin pilləkənində sürüşərək üzü üstə yerə dəyib. Bu zaman Ledlinin əli sınıb. Həkimlər Conun xüsusi sarğı ilə meydana çıxıb sentyabrın 9-da Rusiya ilə görüşdə komandasına kömək edəcəyini düşünür.
0