Neftçi” klubunun qapıçısı İran çempionatında!
07.09.2009 - 15:36
Neftçi” klubunun qapıçısı İran çempionatında!
“Bakının “Neftçi” klubunun sabiq qapıçısı Ruslan Məcidov karyerasını İranda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da şərəfini qorumuş 24 yaşlı futbolçu “Poladgöstər” klubu ilə 1 il müddətinə müqavilə bağlayıb. Bu haqda məlumat verən Təbriz təmsilçisinin direktoru Cəmşid Xətibi bildirib ki, məşqlərdə iştirak edən Ruslan özünü yaxşı tərəfdən göstərib: “Məcidovla müqavilə imzalamaqla, komandanın tərkibini təkmilləşdirmişik. İndiyədək 21 futbolçu ilə müqavilə imzalamışıq”.

Qeyd edək ki, 2007-ci ildə “Neftçi”yə gələrək, 3 illik anlaşan Ruslan bu komandada heyətə düşə bilmədi. Nəticədə sonradan Sumqayıtın “Gənclərbirliyi” klubuna icarəyə verilən qapıçı uzun müddətdir özünə klub axtarırdı.
0