Meydanda faciə: Öz qapısına qol vuran futbolçunun ürəyi dayandı
07.09.2009 - 16:24
Meydanda faciə: Öz qapısına qol vuran futbolçunun ürəyi dayandı
Çexiya çempionatının hesabat turu faciə ilə başa çatıb. Apasport.az saytının məlumatına görə, “Knoviz” klubunun 31 yaşlı futbolçusu Mihal Yejek karyerasının son oyununu avtoqolla tərk edib.

Həyatında topa vurduğu son zərbə ilə öz qapısına yol tapan Mihalın düşdüyü duruma heç kimin inanmağı gəlmirmiş. Avtoqola imza atan kimi futbolçu yerə yıxılıb. Amma o bir daha ayağa qalxa bilməyib. Meydana axışan həkimlər də futbolçunun həyatını xilas edə bilməyiblər.

Ailəli və körpə qız atası olan Mihal elə avtoqolla dünyasını dəyişib.
0