Şevçenko kinoya çəkildi
07.09.2009 - 16:58
Şevçenko kinoya çəkildi
Məşhur ukraynalı futbolçu Andrey Şevçenko özünü aktyorluqda sınayıb. Apasport.az saytının məlumatına görə, yaxınlarda Kiyevin “Dinamo” klubuna qayıdan 33 yaşlı hücumçu italyanların “Son ultras” filmində çəkilib.

Şevçenko filmin qəhrəmanlarından biri olub. Mövzu isə İtaliyada çılğın azarkeşlərin həyatı və stadionlarda edilən amansızlıqlarla bağlı olub. O, futbol oyunlarında baş verən xoşagəlməz olaylara diqqət yetirməyi tələb edir. Filmin təqdimetmə mərasimi bu gün Milanda keçirilib.

Qeyd edək ki, son vaxtlar İtaliyada xuliqanlara qarşı aktiv mübarizə aparılır. Futbol oyunlarına biletlər adla satılır. Gələn ilin yanvarından isə kart sisteminə keçid planlaşdırılır. Həmin plastik kart azarkeşin şəxsi məlumatlarını özündə əks etdirəcək və buna əsasən səfər oyunlarına biletlər satılacaq.