Berti Foqts daha 2 futbolçudan imtina etdi
07.09.2009 - 17:55
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2 futbolçunun xidmətindən imtina edib. AFFA-nın informasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sentyabrın 9-da Almaniya ilə görüşəcək komandamızın çalışdırıcısı dünya çempionatının seçmə oyunu ərəfəsində 2 futbolçunu U-21-in düşərgəsinə göndərib. Neçə vaxtdır yığmanın hazırlığında iştirak edən Araz Abdullayev və Cavid İmamverdiyev 21 yaşadək futbolçulardan ibarət komandamızla məşq keçəcək. Onların gənclər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Belarus yığması ilə qarşılaşacaq həmyaşıdlarına kömək etməsi nəzərdə tutulub.
0
0