Tuyqun Nadirov: Bu, məqsədə gedən yolda ilk addımdır - MÜSAHİBƏ
08.09.2009 - 00:06
“Xəzər-Lənkəran” klubunun vitse-prezidentinin köməkçisi Tuyqun Nadirovun müsahibəsi
- Tuyqun müəllim, öncə komandanızın muzeyinin açılışı barədə məlumat verərdiniz...
- Azərbaycan – Finlandiya oyundan bir neçə saat əvvəl stadionda klubumuzun muzeyinin açılışı oldu. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, həmçinin “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov iştirak etdilər.
Qırmızı lent kəsildikdən sonra qonaqlar muzeylə tanış oldular. Burada “Xəzər-Lənkəran”ın 5 illik tarixi ərzində qazandığı kuboklar, medallar, müxtəlif mükafatlar yerləşdirilib, divarda klub tarixinin ən şərəfli anlarını əks etdirən fotostendlər asılıb. Eyni zamanda, muzeydə Rəşad Abdullayev və Oktay Dərəlioğlunun formaları da var.
Bu iki futbolçunun fərqləndirilməsinin səbəbləri var. Belə ki, Rəşad komandamızın heyətində ən çox oyun keçirən (150-dən artıq) futbolçu, türk hücumçu Oktay isə ən yaxşı transferdir.
- Şənbə günü yığmamız tarixində ilk dəfə olaraq rəsmi oyun çərçivəsində rəqibini Azərbaycanın bölgəsində qəbul etdi. Lənkəranda keçirilən həmin matçla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Təbii ki, buna ancaq sevinmək olar. Bu, bölgələrdəki inkişafın əyani göstəricisidir. Bəli, yığmamız ilk dəfə olaraq Lənkəranda rəsmi oyun keçirdi. Bundan əvvəl isə yoldaşlıq görüşü çərçivəsində rəqibini Gəncədə qəbul etmişdi. Finlandiya ilə matç burada keçirilibsə, deməli, “Xəzər-Lənkəran”ın stadionu müasir standartlara tam cavab verir. Bundan başqa, azarkeşlərin oyuna marağı böyük idi. Nəticədə stadionda boş tribuna qalmamışdı. Fanatlarımız 90 dəqiqə komandamızı dəstəklədilər. Təəssüf ki, hesabı biz açsaq da, üstünlüyümüzü sona qədər saxlaya bilmədik. Ancaq yığmanın gəlişi ilə əlaqədar şəhərdə futbol bayramının yaşandığını deyə bilərəm.
- Lənkəran azarkeşləri emosionallığı ilə seçilir. Necə düşünürsünüz, onlar yığmanın oyunu zamanı “12-ci oyunçu” funksiyasını yerinə yetirə bildilərmi?
- Məncə, hər şey yüksək səviyyədə təşkil edilmişdi. Azarkeşlər də komandamızı dəstəklədilər. Əgər qələbə qazansaydıq, lap yaxşı olardı.
- “Xəzər-Lənkəran” mərkəzi stadionunda adətən çempionat oyunları keçirilib. Yığma ilə klub matçı arasında nə kimi fərq var?
- Əlbəttə, beynəlxalq oyunların keçirilməsi üçün təşkilatçı qurumlar tərəfindən qoyulan tələblər daha yüksəkdir. Matçın keçirilməsi üçün də qarşıya qoyulan tələbləri yerinə yetirmək vacibdir. Şükürlər olsun ki, yığmamızın oyunu zamanı heç bir problem yaşanmadı. İşlərin öhdəsindən yüksək səviyyədə gəldik. Həm azarkeşlər, həm də stadionun rəhbərliyi bizə aid olan işləri maksimum dərəcədə icra etməyə çalışdılar.
- Beynəlxalq oyunun Lənkəranda keçirilməsinin şəhər üçün nə kimi xeyri olacaq?
- Lənkəran Azərbaycanda turizm sahəsində inkişaf edən bölgələrdən biridir. Daha doğrusu, bu inkişaf tempi tək Lənkəranda deyil, ölkənin bütün bölgələrində davam edir. Turistlərin bölgəni tanıması baxımından bur cür oyunların xeyri çoxdur. Arzu edirəm ki, yığmamız ölkənin digər rayon və şəhərlərində də rəsmi və yoldaşlıq oyunları keçirsin. Yəni Finlandiya yığmasının azarkeşləri Lənkərana bir neçə gün əvvəl gəlmişdilər. Həmin fanatlar şəhərimizlə yaxından tanış oldular. Eyni zamanda fin KİV-i də Lənkəranı geniş şəkildə işıqlandırdı.
- Xarici turistlərin Lənkəranda olması yerli əhali tərəfindən necə qarşılandı?
- Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Lənkəranda yaşayan həmyerlilərimiz də qonaqpərvərdir. Onlar oyunla əlaqədar şəhərimizə gələn qonaqları yüksək səviyyədə qarşıladılar.
- Bir qədər də klub haqqında danışaq. “Xəzər-Lənkəran” mövsümə “İnter” üzərində qələbə ilə başladı...
- Çox ağır oyun oldu. Ancaq mövsümə qələbə ilə start verdiyimizə görə sevinirik. İnşallah, azarkeşlərimizi növbəti oyunlardakı qələbələrlə sevindirməyə çalışacağıq. “İnter” də güclü komandadır. Onların qazandığı nəticələr bunu deməyə əsas verir. Lakin “Xəzər-Lənkəran” da nəyə qadir olduğunu sübut etdi. Məqsədimiz mövsüm sonunda çempion olmaq və ölkəmizi avrokuboklarda layiqincə təmsil etməkdir. “İnter”lə oyun bu məqsədə gedən yolda ilk addımdır.
- Təmsil etdiyiniz klub yığmanın oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən necə istifadə etdi?
- Komanda paytaxtda 10 günlük təlim-məşq toplanışı keçirdi. Hazırlığın sonunda “Standard”la gücünü sınadı və 2:1 hesabı ilə qələbə qazandı. Yəni yaranmış fasilədən maksimum dərəcədə istifadə etməyə çalışdıq. Arada futbolçulara 1-2 günlük istirahət də verdik. Çalışdıq ki, fasilə müddətində daha çox yoldaşlıq oyunu keçirək.
- “Xəzər-Lənkəran” bütün titullarını Ağasəlim Mircavadovun rəhbərliyi altında qazanıb. Təcrübəli mütəxəssisin geri dönüşü “ağ-yaşıllar”ın tarixində yeni səhifənin açılmasına səbəb olacaqmı?
- Klubumuz daim inkişafdadır. Bu yaxınlarda yeni saytımızın açılışı olacaq. Bundan başqa, abonoment kartlar (qızıl, gümüş və standart) azarkeşlərə növbəti töhfəmiz olacaq. Məqsədimiz azarkeşlərin rahat şəkildə oyunları izləməsinə şərait yaratmaqdır. Klubumuz marketinq sahəsində də inkişaf edir. Əsas komandanın uğurlu çıxışı imkan verir ki, digər işləri də həyata keçirək.
- Yeni transferlər barədə nə deyə bilərsiniz? Onların gəlişi ilə komanda güclənibmi?
- Elə “İnter”lə matçın taleyini yeni transferimiz həll etdi. Söhbət 24 yaşlı moldovalı Kalinkovdan gedir. Onun qolu sayəsində çempionata qələbə ilə başladıq. Yəni yeni transferlərimizin komandanı gücləndirdiyinə əminəm.
- Son vaxtlar “Xəzər-Lənkəran”da kapitan sarğısını daşıyanlar tezliklə transferə çıxarılırlar. Mahmud Qurbanov, Samir Əliyev, Zaur Ramazanov və Emin Quliyev buna misaldır. Bunun səbəbini necə izah edə bilərsiniz?
- Bu, kapitanlıqla bağlı deyil. “Xəzər-Lənkəran” iddialı və peşəkar klubdur. Futbolçular da hansı klubda çıxış etdiklərini bilirlər. Düzdür, qazandığımız uğurlarda Emin Quliyevin əməyi az deyil. Onu transferə çıxarsaq da, Eminin klubla 2010-cu ilin avqustuna qədər müqaviləsi var.
- Yeri gəlmişkən, Emin Quliyevin “Standard”a keçidi tam həll edilibmi?
- Biz futbolçunu transferə çıxarmışıq. İndi Quliyevin xidmətində maraqlı olan tərəflə klubumuz arasında danışıq olmalıdır. Ancaq hələlik bizə müraciət edən olmayıb. Yəni Emin heç bir kluba icarəyə verilməyib.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0