Bir məşq yetər
07.09.2009 - 21:29
Bir məşq yetər
2010-cu il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası hazırlığını davam etdirir. Apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, məşq mətbuat nümayəndələri üçün açıq olub.

Oyunun keçiriləcəyi Hannoverin “AWD-Arena” stadionunda baş tutan hazırlıq prosesində futbolçular müxtəlif təmrinləri yerinə yeririblər. Baş məşqçi Berti Foqts yetirmələrinə öncə fiziki, daha sonra toplu çalışmalar etməyi tapşırıb. Məşqi AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov və digər rəsmilər də izləyiblər. Almaniya ilə görüşədək yığmamızın daha bir məşqi olub. Həmin məşq sabah eyni arenada olacaq.

Qeyd edək ki, Almaniya - Azərbaycan qarşılaşması sentyabrın 9-da Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.