Almaniya - Azərbaycan matçına 29 min bilet satılıb
07.09.2009 - 21:42
Almaniya - Azərbaycan matçına 29 min bilet satılıb
Azərbaycan futbol yığmasının Almaniya ilə sentyabrın 9-da keçiriləcək oyununa 29 min bilet satılıb. Bu barədə apasport.az saytına Hannoverin “AWD-Arena” stadionunun direktoru məlumat verib. O bildirib ki, oyun gününədək satışda olan biletlərin hamısının satılacağı gözlənilir.

Qeyd edək ki, “AWD-Arena” stadionu 50 min tamaşaçı tutumuna malikdir.
0