“Bu hissləri yaşamaq çox çətindir”
07.09.2009 - 23:10
“Finlandiya ilə oyunda tribunada qarşımda Sami Hyuyupya və onun bir neçə komanda yoldaşı oturmuşdu. Biz 1:0 hesabı ilə qalib gələrkən, onlar çox üzgün görünürdülər. Qapımızdan iki top buraxdıqdan sonra onların sevinci mənə çox pis təsir etdi. Bu hissləri yaşamaq çox çətindir. Oyunda bilinməsə də, kənardan baxdıqda bunun necə ağır olduğu aydınlaşır”. Bu sözləri apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan yığmasının futbolçusu Rail Məlikov deyib.
İki gün öncə dünya çempionatının seçmə qrup mərhələsində finlərə 1:2 hesablı məğlubiyyəti hələ də tam unudmadıqlarını söyləyən gənc müdafiəçi zədədən əziyyət çəkir: “Finlərə çox pis uduzduq. Çalışırıq ki, həmin məğlubiyyəti unudaq. Amma təəssüf hissləri bir az qalıb. Zədəli olduğumdan, Almaniya ilə matçda forma geyinib-geyinməyəcəyim bilinmir”.
Məlikov sabah almanlarla keçiriləcək oyun barədə nikbin danışıb: “Düzdür, Rəşad Sadıqov da oynamayacaq. Rəşad komandanın yarısı deməkdir. Bununla belə, müdafiədə onu layiqincə əvəzləyəcək futbolçularımız var. Almanlarla görüşdə hansı nəticəyə ümid etdiyimizə gəlincə, hər şey Allahın əlindədir. İnşallah, Almaniyaya qarşı necə mübarizə aparacağımızı görəcəksiniz”.

0
0