Rövnəq Abdullayev Hannoverə yollanır
07.09.2009 - 23:46
Sentyabrın 9-da Almaniyanın Hannover şəhərində dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində yerli milli komanda ilə Azərbaycan yığması arasında keçiriləcək oyunu izləyənlər arasında AFFA prezidenti Rövnəq Abdullayev də olacaq. Bu barədə apasport.az saytının Hannoverə ezam olunmuş xüsusi müxbirinə assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.
Abdullayev Almaniyaya sabah, yəni oyun günü yollanacaq. AFFA prezidenti ilə yanaşı, “AWD-Arena” stadionunda Bakı vaxtı ilə saat 23:45-də start götürəcək matçı Azərbaycanın bu ölkədəki səfiri də izləyəcək.
Qeyd edək ki, Almaniya - Azərbaycan görüşünün AzTV, “İdman Azərbaycan” telekanalları və 105 FM radiosu ilə canlı yayımlanması nəzərdə tutulub.

0
0