Gürcülər “İnter”in qapısına qol da vura bilmir
08.09.2009 - 09:28
Gürcülər “İnter”in qapısına qol da vura bilmir
Azərbaycan Premyer Liqasında yaranan fasilədən yararlanaraq Gürcüstana yollanan Bakının “İnter” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kaxaber Sxadadzenin yetirmələrinin ikinci sınaq matçındakı rəqibi Sxinvali “Spartak”ı olub. Bakılılar bu görüşdə qolsuz heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, “İnter” qonşu ölkədə keçirdiyi ilk yoxlama matçında da qapısının toxunulmazlığını saxlamışdı. Təmsilçimiz bir neçə gün əvvəl Tbilisi “Dinamo”sunu 1:0 hesabı ilə məğlub etmişdi.
0