Bernd Ştange: Azərbaycan yığması mərhələ keçə bilməz
08.09.2009 - 09:30
Dünya çempionatının seçmə mərhələsində mübarizə aparan Belarus yığmasının baş məşqçisi Bernd Ştange növbəti oyun ərəfəsində geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis həmyerlisi Berti Foqtsun çalışdırdığı Azərbaycan yığmasından da bəhs etməyə vaxt tapıb.
Ştange komandasının millimizlə müqayisədə tam fərqli durumda olduğunu bildirib: “Biz elə bir yığma qurmuşuq ki, burada yaxşı futbolçular, hətta dünya səviyyəli ulduzlar da yer alıb. Üstəlik xeyli gənc istedad var ki, onları da arxamızca dartıb artırmağına nail olmalıyıq. Azərbaycan seçmə mərhələni keçə bilməz, biz isə bunu bacararıq – mən buna tam əminəm”.
Qeyd edək ki, Belarus milli komandası sabah öz meydanında Ukrayna ilə qarşılaşacaq.

0
0