Robert Enke millimizə qarşı oynamayacaq
08.09.2009 - 09:34
Almaniya milli komandasının qapıçısı Robert Enke Azərbaycanla oyunu buraxmalı olacaq. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçunun dünya çempionatının seçmə mərhələsinin sabah keçiriləcək qarşılaşmasından kənar qalmasına xəstəliyi səbəb olub. İndiyədək milli komandada 8 oyun keçirən və yığmanın ən təcrübəli qapıçısı olan Enke qripə yoluxub. Komandanın meneceri Oliver Birhoff qapıçının “donuz qripi” olmadığını bildirib. Artıq Robert yığmanın düşərgəsini tərk edərək müalicə olunmaq üçün evinə göndərilib.
Qeyd edək ki, sabahkı oyunda Enkeni əvəzləməyə namizədlər Rene Adler 5, Manuel Noyer isə 1 dəfə millinin formasını geyib.
Qeyd edək ki, sabahkı oyunda Enkeni əvəzləməyə namizədlər Rene Adler 5, Manuel Noyer isə 1 dəfə millinin formasını geyib.
0
0