Arda Turanın transfer qiyməti 40 milyon avroya çatdı!
08.09.2009 - 10:03
“Qalatasaray” rəhbərliyi kapitan Arda Turanın transfer qiymətini qaldırıb. Apasport.az saytının məlumatına görə, hazırda 15 milyon avro ilə Türkiyə Superliqasında ən bahalı futbolçu olan hücumameylli yarımmüdafiəçinin qiyməti bir qədər də artırılıb. İndi onu istəyən komanda 40 milyon avro xərcləməlidir.
“Cim Bom”un prezidenti Adnan Polatın indi beynində bu məbləğ fırlanır. “Fənərbaxça” prezidenti Əziz Yıldırımın Turan üçün təklif etdiyi 15 milyon avronu qəbul etməyən Polat onu daha güclü kluba satmaq fikrindədir: “Ardanın karyerasını mən planlaşdırıram. Sadəcə, onun Avropanın aparıcı klublarından birinə getməsinə icazə verirəm”.
Bu təklifin ardından Ardaya həm “10 nömrə”, həm də kapitanlıq sarğısını verən Polatın strategiyası işə yarayıb. Belə ki, futbolçu son vaxtlar öz oyunu ilə daha da parlamağa, həm “Qalatasaray”da, həm də milli komandada xariqələr yaratmağa başlayıb. Ardanın illik qazancını 2 milyon avroya yüksəldən klub prezidenti indi onu 40 milyon avroya satmağı düşünür. Ancaq bu da son qiymət deyil.
Belə ki, Turanın Avroliqada uğurla çıxış etməsi və Türkiyənin 2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağı halda, Polat onun transfer qiymətini 50 milyon avroya yüksəltməyi planlaşdırır. Ardanın qiymətinin qalxmasına baxmayaraq, Avropanın aparıcı klubları yenə onu təqib edir. Konkret böyük beşlik – İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransanın yuxarı yerlər uğrunda oynayan komandalar onu almaqda maraqlıdırlar.

0
0