Kondratyev yenə Bakıda
08.09.2009 - 10:21
Sabah Azərbaycanın 21 yaşadək gənclərdən ibarət milli komandası növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının X seçmə qrupunda mübarizə aparan yığmamız ilk ev oyununda Belarusla görüşəcək.
Sentyabrın 5-də futbolçularımızın növbəti avtoqolu ilə Albaniyaya səfərdə uduzan Bernard Lippertin yetirmələri ilk xalını qazanmağa çalışacaq. Səkkiz ildən artıqdır qələbəyə həsrət olan U-21-in rəqibi belaruslular isə bu yay Finlandiyada keçirilən qitə birinciliyinin final mərhələsinin iştirakçısı olub.
Düzdür, artıq yeni seçmə mərhələ olduğundan komanda yenilənib. Lakin aşağı yaş qruplarından olan komandaları kifayət qədər uğur qazanan slavyanların Rusiya, Ukrayna, Moldova, hətta İtaliyada çıxış edən legionerləri var. “Kalyarı” klubunda çıxış edən Mixail Sivakov kimi ulduza məxsus rəqibimizi SSRİ futbolunun tanınmış simalarından olan Georgi Kondratyev çalışdırır. Formasını geydiyi Minsk “Dinamo”sunun heyətində dəfələrlə Bakıya gəlmiş, “Neftçi”nin qapısına qollar vurmuş hücumçu 1982-ci ildə SSRİ çempionu da olub.
Güclülər dəstəsində 93, ümumilikdə isə 124 qola imza atan Kondratyev ötən ilin dekabrından Belarusun 21 yaşadək futbolçulardan ibarət yığmasına rəhbərlik edir. Mütəxəssisin yetirmələri yığmamızın yer aldığı X seçmə qrupunda xal itirməyən, həm də uduzmayan yeganə komandadır.
Sabah yığmamızın yer aldığı qrupda daha bir matç keçiriləcək. Avstriya yığması Albaniyanı qəbul edəcək.
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
X seçmə qrupu
9 sentyabr
Saat 19:00. Azərbaycan – Belarus
Baş hakim: Mario Vlk
Hakim-köməkçiləri: Tomas Somolani, Peter Xladek, Pavol Xmura (hamısı Slovakiya)
Hakim-inspektor və UEFA nümayəndəsi: Nikolay Levnikov (Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

1 | Şotlandiya | 3 | 2 | 0 | 1 | 6-3 | 6 |
2 | Belarus | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
3 | Albaniya | 3 | 1 | 0 | 2 | 3-6 | 3 |
4 | Avstriya | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
5 | Azərbaycan | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
0
0