Qapıçı narkoman çıxdı
08.09.2009 - 10:45
Qapıçı narkoman çıxdı
İngiltərənin “Şeffild Yunayted” klubunun qapıçısı Paddi Kenni 9 aylıq futboldan kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, irlandiyalı futbolçunun cəzalanmasına onun narkotik üçün verdiyi testin müsbət nəticələnməsi səbəb olub.

Hələ ötən mövsüm İngiltərə çempionatının pley-off oyunlarının cavab yarımfinalında Paddidən götürülən testdə efedrinin bir növü aşkarlanıb. Bu preparatın narkotik, yoxsa dopinq olduğu açıqlanmasa da, 31 yaşlı Kenninin cəzası rəsmiləşib. İyulun 22-dən meydana çıxmaq hüququnu itirən və İngiltərə Futbol Assosiasiyasının qərarını gözləyən qapıçı bu cəza ilə canını qurtara bilməyib.

Belə ki, irlandiyalı 2 il müddətində mütəmadi olaraq analiz verməyə məcburdur. Bu da onun daim nəzarətdə olması üçündür.

Qeyd edək ki, 2002-ci ildən Şeffild təmsilçisində çıxış edən Kenni bu klubda 300-ə yaxın oyun keçirib.
0