“Neftçi” nə üçün çalışır?
08.09.2009 - 11:07
Milli komandanın dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə bağlı Premyer Liqanın III turunun təxirə salınmasına görə yaranmış fasilədən “Neftçi” səmərəli istifadə etməyə çalışır. Apasport.az sayının məlumatına görə, sentyabrın 5-də “Bakı” ilə yoxlama oyunu (2:1) keçirən flaqman “Muğan”la oyunun hazırlığını davam etdirir.
Baş məşqçi Böyükağa Ağayev neftci.az saytına bu haqda fikirlərini bildirdi: “Fasilə zamanı əvvəlcə futbolçulara üç günlük istirahət verildi. Sonra klubun bazasındakı meydançada məşqləri bərpa etdik. Ümumiyyətlə, millinin oyunlarına görə çempionatda yaranmış fasilə komandanın hazırlığına mənfi təsir göstərir. Çünki beş futbolçumuzun əsas və gənclərdən ibarət milli komandaların, üstəlik, iki oyunçumuzun Estoniya yığmasının heyətinə cəlb olunması məşq prosesini müəyyən mənada pozur. Yəni, həmin yeddi futbolçunun, həmçinin, zədəlilərin olmaması, tam heyətlə məşq etməyə imkan vermir. Bununla belə, futbolçuların oyun praktikasını itirməmələri üçün “Bakı” ilə görüşün əhəmiyyəti böyük idi. Bu qarşılaşma həm “Neftçi”nin əsas heyətində az yer alan oyunçuları, həm də bəzi gənc futbolçuları sınamağa şərait yaratdı”.
Ağayev zədəli Joze Karlosun “Muğan”la oyundan öncə böyük itki olduğunu da söylədi: “Karlosun zədələnməsi heç yerinə düşmədi. Braziliyalı futbolçu ideal formada idi. Onun əvvəlcə “Turan”la oyunun ilk yarısında zədələnməsi işləri korladı. Məcbur olub fasilədə onu dəyişdim ki, bu da ikinci hissədə hücumlarımızın kəsərinin azalmasına səbəb oldu. Karlos qısa zaman ərzində sağalsa da, məşqdə yenidən zədələndi. Bununla belə, heyətdə onu əvəz edə biləcək futbolçularımız var. Rəqibimizə gəlincə, “Muğan” zəif komanda deyil. Elə ilk iki turda göstərdiyi oyun buna sübutdur. Təsadüfi deyil ki, Salyan klubu ikinci pillədə qərarlaşıb. Rəqibin heyətində istedadlı və döyüşkən futbolçular var. Buna baxmayaraq, “Muğan”la oyunda qələbə seriyasını davam etdirməyə çalışacağıq”.

0
0