Tomas İneman “Xəzər-Lənkəran”ı Çexiya klublarına bənzətdi
08.09.2009 - 11:26
Tomas İneman “Xəzər-Lənkəran”ı Çexiya klublarına bənzətdi
“Xəzər-Lənkəran” klubunun düşərgəsinə hələ baxışda olarkən qatılmışdım. Türkiyədə toplanışında olduğum vaxtdan bu komandada gördüyüm hər şeydən razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun yeni transferi Tomas İneman deyib.

Təmsilçimizin yay fasiləsində heyətinə qatdığı çexiyalı futbolçu həmyerlilərinə Azərbaycanda gördüklərindən danışıb: “Xəzər-Lənkəran”dakı şərait Çexiyanın istənilən güclülər dəstəsi klubu ilə müqayisə oluna bilər. Lənkəranın özündə də məşqlərə qatılmışam. Biz çimərliyə kross qaçmışıq. Artıq tam hazırlıqlara da başlayırıq. Düşünürəm ki, artıq gələn həftə komandada debüt edəcəyəm. Azərbaycanda gördüklərim məndə böyük təəssürat oyatdı. Xüsusilə, Bakı şəhəri. Ora doğrudan da çox gözəl yerdir”.

Qeyd edək ki, İneman “İnter”in yarımmüdafiəçisi Bronislav Çervenkadan sonra Azərbaycanda çıxış edəcək ikinci çexiyalı olacaq.
0