Sərvət Çətinin sevgilisi ukraynalı çıxdı
08.09.2009 - 11:45
Sərvət Çətinin sevgilisi ukraynalı çıxdı
Türkiyənin Azərbaycan əsilli futbolçusu, “Qalatasaray” klubunun və Türkiyə millisinin müdafiəçisi Sərvət Çətinin sevgilisi, almaniyalı top-model Alessandra Aloreslə bağlı yeni informasiya yayılıb. Lent.az-ın məlumatına görə, Aloresin alman olmadığı üzə çıxıb.

Xatırladaq ki, Alores “Miss World Germany 2009” müsabiqəsində qalib gəlib və Almaniyanı bu ilin noyabrın ayında Cənubi Afrikada keçiriləcək “Miss World” (“Dünya gözəli”) yarışmasında təmsil etmək hüququ qazanıb. Bundan bir müddət əvvəl isə Alores və Sərvət Çətinin çox sıcaq münasibətlərdə olduğunu sübut edən şəkilləri çəkilib.

İndi isə məlum olub ki, Almaniyanı təmsil edəcək gözəl heç də alman deyil. 24 yaşlı top-modelin Ukrayna əsilli olduğu bildirilir. Onun əsl adı isə Aleksandra Vodyannikovadır.
0