Azərbaycan - Belarus: kimdir güclü?
08.09.2009 - 12:41
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatları tarixində özünün 60-cı – yubiley oyununu keçirəcək. Apasport.az saytının hesablamalarına görə, 1995-ci ildən qitə birinciliyinin seçmə oyunlarına qatılan yığmamız indiyədək 59 matç keçirib.
VIII mərhələsində mübarizəyə başlayan gənclərimiz bu müddətdə cəmi 4 qələbə qazanıb. Artıq 2925 gün və 32 oyundur qalib gələ bilməyən millimiz 10 dəfə heç-heçə ilə təsəlli tapıb. 45 dəfə məğlubiyyətə üzülən futbolçularımız vurduğu 21 qolun qarşılığında az qala 7 dəfə çox, 140 top buraxıb.
Sabahkı yubiley matçında yığmamızın rəqibi olan Belarus milli komandasının son 15 ildə oynadığı rəsmi matçlardakı göstəricisi isə daha sanballıdır. Slavyanlar keçirdiyi 77 görüşdə 38 qələbə qazanıb ki, bu da bizimkilərin göstəricisindən 9,5 dəfə çoxdur. 11 heç-heçə və 28 məğlubiyyəti olan rəqibimiz Azərbaycan yığmasından 6 qat çox - 126 qol vuraraq, 95 dəfə topu öz qapısında görüb.

0
0