AFFA-nın müraciəti
08.09.2009 - 13:43
AFFA-nın müraciəti
AFFA Almaniyada yaşayan azərbaycanlılara müraciət edib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qurum rəhbərliyi dünya çempionatının sabah Almaniya ilə keçiriləcək qarşılaşmada yığmamızın dəstəksiz qalmaması üçün çalışır. Bu məqsədlə Hannover şəhərində və ətraf ərazilərdə yaşayan həmvətənlərimizi Bakı vaxtı ilə saat 23:45 “AWD Arena” stadionunda baş tutacaq oyuna gələrək, bu oyunda komandamıza dəstək olmağa səsləyir.

Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu AzTV və İdman-Azərbaycan kanalları ilə canlı yayımlanacaq.