Yığmamızın oyununa pulsuz baxmaq olar
08.09.2009 - 13:50
Yığmamızın oyununa pulsuz baxmaq olar
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının belaruslu həmyaşıdları ilə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabahkı rəsmi oyununa bilet satışı olmayacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə giriş havayıdır. Oyun saat 19:00-da başlayacaq.

Qeyd edək ki, bu, 21 yaşlılardan ibarət yığmamızın cari seçmə mərhələdə ilk ev oyunudur. Komandamız seçmə mərhələyə ötən şənbə Albaniya yığması ilə səfərdə 0:1 hesablı məğlubiyyətlə başladı.