“Kikker” Berti Foqtsun sirrini açdı
08.09.2009 - 13:57
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Almaniya – Azərbaycan matçına 33 saata yaxın qalsa da, komandaların heyətləri məlum olub. Apasport.az saytının məlumatına görə, Almaniyanın ən tanınan nəşrlərindən olan “Kikker” Yoahim Löv və Berti Foqtsun start “11-liy”ini müəyyənləşdirdiyini iddia edir.
Həmkarlarımızın fikrincə, yığmamızda yalnız bir dəyişiklik olacaq. Bu da Finlandiya ilə matçın gedişində baş verən əvəzetmədir. Belə ki, hələ ilk hissədə Ruslan Abışovu əvəzləyən Cavid Hüseynov ilk dəqiqələrdən meydanda olacaq. Almanların itkiləri isə zədədən təzə sağalan Mario Qomes və qripə yoluxan Robert Enkedir.
Almaniya: Rene Adler, Filip Lam, Per Mertezaker, Sərdar Taşçı, Marsel Şafer, Mixael Ballak, Tomas Hitslşperger, Bastian Şvaynştayger, Məsud Özil, Lukaş Podolski, Miroslav Kloze.
Azərbaycan: Kamran Ağayev, Mahir Şükürov, Saşa Yunisoğlu, Vladimir Levin, Elnur Allahverdiyev, Samir Abbasov, Rəşad Sadiqov, Vüqar Nadirov, Cavid Hüseynov, Elvin Məmmədov, Vaqif Cavadov.

0
0