UEFA-dan bir oyunluq cəza
08.09.2009 - 16:21
UEFA Belarusun BATE klubunun baş məşqçisi Viktor Qonçarenko haqda qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı belaruslu məşqçi bir oyunluq cəzalandırılıb. Bununla da, Qonçarenko Avroliqanın qrup mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” klubu ilə səfər oyununda “texniki zona”da yer ala bilməyəcək və həmin görüşü tribunadan izləməli olacaq.
UEFA-nın qərarına görə, BATE-nin çalışdırıcısı Bolqarıstanın “Liteks” klubu ilə Avroliqanın son təsnifat mərhələsi çərçivəsində keçirilən görüşdə meydandan qovulduğuna üçün diskvalifikasiya olunub.
UEFA-nın qərarına görə, BATE-nin çalışdırıcısı Bolqarıstanın “Liteks” klubu ilə Avroliqanın son təsnifat mərhələsi çərçivəsində keçirilən görüşdə meydandan qovulduğuna üçün diskvalifikasiya olunub.
0
0