Qyoko Hacıyevski: ...onu necə heyətə qoymaq olar?
08.09.2009 - 16:53
“Hazırda komandamızda vəziyyət qənaətbəxşdir. İndi bütün diqqətimizi Premyer Liqada uğurlu starta yönəltmişik. “Simurq”la görüşə ciddi hazırlaşırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Avrokuboklarda çıxışını başa vuran son Azərbaycan çempionu Premyer Liqada mübarizəyə sentyabrın 12-də “Simurq”a qarşı ev oyunu ilə başlayacaq. Yeni mövsümə qələbə ilə start etmək iddiasında olan Hacıyevski Avroliqadakı uğursuzluğu unutdurmaq fikrindədir: “Hesab edirəm ki, ötən mövsümdən daha güclüyük. Bu, bizdə uğurlu çıxışa böyük inam yaradıb. Düzdür, “Bazel”lə oyunlarda uğursuzluğa düçar olsaq da, bu, avrokuboklarda bütün görüşlərimizə şamil edilməməlidir. Hər halda, bir uğursuzluqla komandanın üstündən xətt çəkmək də düzgün olmazdı. Baş verənlər artıq keçmişdə qaldı. Apardığımız islahatlar bəhrəsini verməlidir”.
Futbolçularından kiminləsə vidalaşmaq fikrində olmayan makedoniyalı mütəxəssis geniş heyətə malikdir. “Bakı”nın sıralarında 30-a yaxın oyunçunun olması heyətlə bağlı dəyişikliklər etməyə imkan yaradır: “Komandamızda böyük rəqabət var ki, bu da yaxşı haldır. Futbolçular heyətə düşmək üçün çox çalışmalıdır. Kim güclüdürsə, o da oynayacaq. Futbolda adlar əsas rol oynamır. Həm futbolçular, həm də məşqçilər onlara olan inamı itirməməlidir. Əgər futbolçu bir neçə oyun ardıcıl zəif çıxış edirsə, onu necə heyətə qoymaq olar? Bu zaman o, ehtiyata düşüb, əsas heyət düşmək üçün oyunçu keyfiyyətlərini artırmalıdır”.

0
0