Hakim oyunu yarımçıq dayandırdı: Dayanın, maşınımı soyublar!
08.09.2009 - 17:18
Hakim oyunu yarımçıq dayandırdı: Dayanın, maşınımı soyublar!
İspaniya çempionatında baş tutan qarşılaşmalardan biri kuryoz şəkildə başa çatıb. Apasport.az saytının məlumatına görə, stadionun diktorunun oğurluqla bağlı elanını eşidən hakim oyunu yarımçıq dayandırıb.

Belə ki, IV divizionda keçirilən “Humilya” - “Puente Toçinos” qarşılaşması zamanı diktor maraqlı bir elan verib: “Filan-filan nömrəli avtomobilin sahibi stadionun çıxışına gəlsin. Arena yaxınlığında saxladığı maşının qapısı açıldığı və oradan oğurluq edildiyi üçün o protokolu imzalamalıdır”.

Bunu eşidən hakim görüşü saxlayıb sənədləri imzalamağa qaçıb. 20 dəqiqə sonra geri qayıdan referi qarşılaşmanı davam etdirməyə də utanmır. Sona çatan matçın necə nəticələndiyi açıqlanmır.
0