Berti Foqts: “Hamburq” klubunda işləməkdə maraqlıyam!
08.09.2009 - 17:30
Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Berti Foqts vətənində çalışa bilər. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssis “Hamburq” klubunda vakant olan idman direktoru postuna namizədlər arasındadır.
“Hamburq” rəhbərliyi bu postda çalışmaq üçün Oliver Kroysterlə danışıqlar aparsa da, bu, müsbət nəticə verməyib. Belə ki, o, Avstriyanın “Şturm” klubunun menecer postunda qalmağı üstün tutub. Foqts vətənində məşhur “Bild” nəşrinə müsahibəsində “Hamburq”dan gələn təklifdə maraqlı olduğunu təsdiqləyib: “Hamburq əla şəhərdir. Elə burada yaradılan komanda da kifayət qədər güclüdür. Ditmar Bayersdorfer yaxşı irs – güclü futbolçu seçimi və səviyyəli məşqçi qoyub. Mən “Hamburq”da idman direktoru kimi çalışmaqda maraqlıyam. Məşqçilik karyeramı davam etdirmək istəmədiyindən bu vəzifə mənə uyğun gəlir”.
Qeyd edək ki, ötən ilin aprelin əvvəlində milli komandamızın baş məşqçisi təyin edilən Foqtsun AFFA ilə bağladığı rəsmi müqavilənin müddəti bu ilin sonunda başa çatır.

0
0