AFFA Berlində futbol məktəbi açdı
08.09.2009 - 17:36
AFFA Berlində futbol məktəbi açdı
AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov bu gün Berlin şəhərində fəaliyyət göstərən “Azərbaycan evi” Mərkəzinin rəhbərliyi ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə qərara alınıb ki, Berlində yaşayan 3000 nəfərdən artıq azərbaycanlıların övladlarının futbolla məşğul olmasına şərait yaradılması üçün futbol məktəbi açılsın. Məşqlərin keçiriləcəyi bazaya baxışdan sonra məsələ ilə bağlı müsbət qərar qəbul olunub. Burada 8 və 10 yaşlı uşaqlardan ibarət, hər birində 20 uşaq olmaqla 2 qrup yaradılacaq. İlkin olaraq 1 il müddətinə nəzərdə tutulan dərsləri Eduard Davidaşvili və bir alman mütəxəssis keçəcək. Məktəbin icarə haqqı və müəllimlərin məvacibi AFFA tərəfindən ödəniləcək.

Qeyd edək ki, belə bir məktəbi AFFA ilk olaraq nəzdindəki Futbol Akademiyasında açıb.
0