Erməni jurnalist: Rusiya yığmasının Bakıda problemləri yarana bilər
08.09.2009 - 18:03
Erməni jurnalist: Rusiya yığmasının Bakıda problemləri yarana bilər
Ermənistanlı jurnalist Nikolay Petrosyan 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – Rusiya oyunu ilə bağlı fikrini bildirib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Championat.ru” portalında xəbərlər xidmətinə rəhbərlik edən Petrosyan Bakıda keçiriləcək görüşlə bağlı narahatçılığını ifadə edib.

Rusları həmin oyundan 4 gün əvvəl Moskvada Almaniya yığması ilə çox vacib matç gözləyir. Məhz həmin görüşdə 2010-cu il dünya çempionatına birbaşa vəsiqənin taleyinə aydınlıq gələcək. Almaniyadan 1 xal geri qalan ruslar liderliyi ələ keçirmək üçün evdə mütləq qələbə qazanmalı və deməli, bütün gücünü ortaya qoymalıdır. Bu isə yorğunluğa gətirib çıxaracaq. Petrosyanın fikrincə, şimal qonşularımıza güclü rəqiblə ağır oyundan sonra milli komandamızla səfərdə çətin olacaq: “Məni narahat edən odur ki, Rusiya Azərbaycanla Almaniya ilə görüşdən 4 gün sonra oynayacaq. Almanlarla oyundan sonra rusların Bakıda problemləri yarana bilər”.
0