Yoahim Löv seçimini etdi
08.09.2009 - 18:15
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Azərbaycanla oyunda şans verəcəyi qapıçının adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis qripə yoluxan əsas qapıçı Robert Enkeni “Bayer” klubunda çıxış edən həmkarı Rene Adlerin əvəzləyəcəyini təsdiqləyib.
Milli komandamızla görüş keçirilən Hannover şəhərinin eyni adlı komandasının şərəfini qoruyan Enkenin seçmə mərhələnin qalan oyunlarda çıxış etməsi nəzərdə tutulmuşdu. Ancaq yığmanın düşərgəsində özünü naxoş hiss edən Robert üstəlik, müalicədən də imtina edib. Löv Adlerə güvənməsinin səbəbini də açıqlayıb: “Biz qərara gəlmişdik ki, bu ilin sonuna kimi Enke oynayacaq. Ancaq Robert xəstəliyi ilə əlaqədar sıradan çıxıb. Rene Adler Cənubi Afrika Respublikasının yığması ilə yoldaşlıq görüşündə yaxşı oyunundan sonra özünü çox inamlı hiss edir. Buna görə də məhz o, Azərbaycanla görüşdə qapımızı qoruyacaq. Bundan sonrasına isə baxarıq”.

0
0