“Xəzər-Lənkəran”a gedəndə tarixə düşəcəyimi fikirləşmirdim”
09.09.2009 - 09:47
Azərbaycan - Finlandiya görüşü başlanmazdan öncə Lənkəran şəhər mərkəzi stadionunda “Xəzər-Lənkəran”ın muzeyinin açılış mərasimi oldu. Klubun atributlarının və qazandığı kubokların yer aldığı muzeydə Oktay Dərəlioğlu və Rəşad Abdullayevin adları həkk olunmuş futbolkalar gözdən yayınmadı. Klub rəhbərliyi Oktayın supertransfer, Rəşadın isə ən çox oyun keçirən olduğunu nəzərə alaraq, bu iki futbolçunu digərlərindən fərqləndirib.
Maraqlıdır ki, hər iki oyunçu hazırda cənub klubunun heyətində yer almırlar. Oktay karyerasını bitirib, Rəşad isə “Neftçi”yə transfer olunub. Hazırda paytaxta olan Abdullayev 5 illik əməyinin lənkəranlılar tərəfindən yüksək qiymətləndirilməsindən məmnundur: “100-cü oyunumu keçirəndə məni təbrik edib, futbolka hədiyyə vermişdilər. Muzeydəki həmin futbolka deyil. Onu yadigar saxlamışam. Yəqin ki, yenisini hazırlayıblar. Əlbəttə ki, Lənkərana gedəndə tarixə düşəcəyimi fikirləşmirdim. Sadəcə, vaxt keçdikcə iz qoymaq barədə düşünürdüm. Bu gün arzum həyata keçib. Orada tam 5 il oynamışam. Hər zaman “Xəzər-Lənkəran”a layiq olmağa çalışmışam. Əməyimi qiymətləndirdiklərinə görə, onlara dərin təşəkkürümü bildirirəm”.
Mənbə: “Çempion” qəzeti

0
0