Uduzan komanda rəqiblə formanı dəyişə bilməz
09.09.2009 - 09:56
Almaniyanın “Volfsburq” klubunun baş məşqçisi Armin Fey rəhbərlik etdiyi komandada yeni qayda-qanun yaratmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, mütəxəssis öz ideyalarını oyunlardan sonra baş verən paltardəyişmə proseduruna tətbiq etmək istəyir.
Məlum olduğu kimi, matçlardan sonra komandaların futbolçularının formalarını rəqiblə dəyişməsi ənənə halını alıb. Lakin Fey bu ənənəyə əl gəzdirmək istəyir. Mütəxəssis yetirmələrinin uduzduğu oyunlarda bu addımı atmasını istəmir: “Uduzanda mən əsəbiləşirəm. Bu anlarda kiminlə isə forma dəyişmək mənim heç ağlıma da gəlmir. Karyeram boyu elə oyunçular görmüşəm ki, hətta uduzanda da onlar üçün yalnız bir vacib məsələ mövcud olub – forma dəyişmək”.

0
0