Ramiz Məmmədov: Foqts gələndən sonra yığmamız yaxşı oyun göstərir
09.09.2009 - 10:24
“Bunu qəbul etmək lazımdır ki, Foqts gələndən sonra milli komanda yaxşı oyun göstərir. Məğlub olsaq da, sürətli, əzmkar, döyüşkən komandanın formalaşdırılmasında Foqtsun böyük əməyi var. O əlindən gələni edir ki, yığma yaxşı nəticə əldə etsin”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Milli komandanın sabiq futbolçusu bu gün dünya çempionatının seçmə qrup mərhələsində Hannoverdə baş tutacaq Almaniya – Azərbaycan görüşü barədə də danışıb: “Etiraf edək ki, möcüzə gözləmək yersiz olardı. Azərbaycan və Almaniya futbolu arasında böyük fərq var. Almaniya millisi dünya səviyyəli yığmadır. Biz isə hələ nəsə əldə etmək istəyən bir komandayıq. Amma futbolu “qəliz elm” adlandırardım. Rəqibdən asılı olmayaraq, qarşılaşmadan öncə heç nə demək olmaz. Hər bir şey Allahın əlindədir. Əgər Almaniya yığması bizə önəm verməsə, bu, onlara baha başa gələcək. Ən əsası, futbolçularımız əzmlə oynamalı, əllərinə düşən bu imkanlardan maksimum yararlanmalıdırlar. Almaniya kimi yığmalara qarşı hər dəfə oynamaq olmur”.
Matçın nəticəsinə gəlincə, Məmmədovun fikrincə, böyük hesab qeydə alınmayacaq: “İnanmıram böyük hesab olsun. Uşaqlar oynayıb, bundan da üzüağ çıxacaqlar. Əsas odur həyəcan olmasın və futbolçularımız bir-birlərini yaxşı başa düşsünlər”.
Mənbə: “Çempion” qəzeti

0
0