Əkbər Hacıyev “Neftçi” klubuna 830 min avroluq futbolçu gətirir
09.09.2009 - 11:40
“Neftçi” klubunun rəhbərliyi heyətindəki rumıniyalı futbolçuların sayını artırmaq istəyib. Apasport.az saytının məlumatına görə, Marian Aliuta, Adrian Neaqa və Leonard Naydinlə yanaşı, Lusian Burduyan da paytaxt təmsilçisinin transfer siyahısına düşüb. Lakin 25 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdirmək istəməyib. Buna Lusianın Rumıniya və digər ölkələrdən aldığı cəlbedici təkliflər səbəb olub.
Belə ki, flaqmanın 400 min avro təklif etdiyi hücumçu üçün onun məxsus olduğu “Vaslui” ikiqat artığını – 800 min avro tələb edib. Bu səbəbdən bakılılar arzusunu qışa qədər təxirə salıb. 630 min avrosundan da keçməyə razı olan “Neftçi” klubunun prezidenti Əkbər Hacıyev yaxın günlərdə Rumıniyaya yollanıb, keçidlə bağlı anlaşmanı həll etməlidir. Tərəflər razılıq əldə edərsə, yanvarda flaqmana keçəcək Lusian ildə 200 min avro qazanacaq.
Peşəkar karyerasını “Çaxlaul”da başlayan rumıniyalı 17 yaşında peyda olduğu klubda 2 mövsüm keçirir. 2002/03 və 2003/04 mövsümlərində 43 oyuna 8 qol vuran yeniyetmə Rumıniya gənclər yığmasına dəvət alır. Bu komandada 13 görüşə 1 qol vuran istedadı Rumıniyanın aparıcı komandalarından olan “Rapid” sıralarına qatır. 2004-08-ci illərdə bu komanda ilə iki ölkə kuboku, iki Superkubok və çempionatın bürünc medalını qazanan Burduyan 91 oyuna 2-si avrokuboklarda olmaqla, 22 qol vurur.
Ötən yay “Vaslui”yə keçən hücumçunun yeni komandasında debütü Bakıda rəsmiləşir. İntertoto kubokunun “Neftçi”ylə ilk matçında 70 dəqiqə meydanda olan futbolçu cavab qarşılaşmasının 30-cu dəqiqəsində bakılıların müqavimətini qıran qolun müəllifi olur. Ümumilikdə, o “Vaslui”də 41 matçda 11 dəfə fərqlənib.

0
0