Əkbər Hacıyev: Burduyan bizə lazım olan profilə malik futbolçudur
09.09.2009 - 11:56
Rumıniya yığmasının sabiq futbolçusu Lusian Burduyanın “Neftçi”yə keçmək variantının ortaya çıxması onun universallığı ilə bağlıdır. Apasport.az saytının məlumatına görə, “Vaslui” klubundakı sabiq komanda yoldaşı və yaxın dostu Marian Aliutanın məsləhətləri ilə bakılıların transfer siyahısına düşən hücumçunu “Neftçi”nin prezidenti Əkbər Hacıyev də bəyənib. Klub rəhbəri çempionluq uğrunda mübarizə aparacaq komandasının bu tip ehtiyacı olduğunu açıqlayıb: “Burduyan bizə lazım olan profilə malik oyunçudur. Bir neçə mövqedə oynamağı bacarır. Həm mərkəz, həm cinah hücumçusu kimi bacarıqlıdır. Meydanda yaxşı hərəkət etməsi ilə yanaşı, başla da zərbələrə malikdir. Mən onun hücumçuların arxasında oynadığını da görmüşəm”.
Qeyd edək ki, Lusian 2008-ci ilin yayından Rumıniya “Vasluy”unun şərəfini qoruyur.
Qeyd edək ki, Lusian 2008-ci ilin yayından Rumıniya “Vasluy”unun şərəfini qoruyur.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0