“Azərbaycan yığmasına qarşı sürətli hücum futbolu oynayacağıq”
09.09.2009 - 12:13
“Azərbaycan yığmasına qarşı sürətli hücum futbolu oynayacağıq”
“Azərbaycan qarşı hansı taktiki sxemlə oynayacağımızı hələ bilmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

Yığmamızla 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti rəsmi oyununu bu gün keçirəcək Bundestimin çalışdırıcısı ötən şənbə qalib gəldikləri (2:0) Cənubi Afrika Respublikası ilə yoldaşlıq görüşündən sonra ümidlənib: “Həmin oyunda cari seçmə mərhələdə əvvəlki rəsmi görüşlərimizlə müqayisədə daha yaxşı oynadıq. Ancaq mən komandamdan bundan da artıq şey gözləyirəm. Azərbaycanla oyunda meydandakı düzülüşümüzə gəlincə, Məsut Özüllə müxtəlif taktiki sxemləri istifadə etmək imkanımız var. O, meydanda, cinahlarda, yaxud hücumameylli yarımmüdafiəçinin mövqeyində oynaya bilər. Son qərarımı axırıncı məşqimizdən sonra verəcəyəm. Azərbaycana qarşı sürətli hücum futbolu oynamağa hazırlaşırıq”.

Almanlar üçün turnir mövqeyi baxımından bu gün Kardiff şəhərində keçiriləcək Uels – Rusiya görüşünün nəticəsi də böyük əhəmiyyət kəsb edir. Löv əsas rəqibinin oyununa da toxunub: “Öz təcrübəmdən bilirəm ki, Uels üzərində qələbə qazanmaq heç də asan deyil. Ancaq indi mən Azərbaycanla görüşümüzə köklənmək istərdim. Yalnız bundan sonra Rusiyanın oyununu təhlil edəcəyəm”.
0