İlqar Quluzadə: “Vaslui” klubunun prezidenti bir az qəribə adamdır
09.09.2009 - 12:40
“Lusian Burduyanın “Neftçi”yə keçmək variantı haqda birinci dəfə sizdən eşidirəm. Əslində, belə bir şey yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.
Klub rəsmisi Rumıniya mətbuatının Lusian Burduyanın bakılıların transfer siyahısında olması ilə bağlı iddialarına münasibət bildirib. Futbolçunun çıxış etdiyi “Vaslui” klubu ilə ötən il İntertoto kubokunda keçirilən görüşləri xatırlayan Quluzadə səfərdə qapımıza ilk qolu vuran hücumçuya maraq göstərmədiklərini bildirib: “Rumıniya mətbuatı boş-boş şeylər yazır. Onların uydurduqları da yalandan başqa bir şey deyil. Klub prezidentinin fikirlərini də özlərindən yazıblar. Ya da ki... “Vaslui”nin bir prezidenti var ki, bir az qəribə adamdır. Ondan hər şey gözləmək olar. Bəlkə də bu “Vaslui”nin prezidentinin işidir. Klubu və oyunçuları haqda yazıları da mətbuata özü yazdırır. Bəlkə elə Burduyan xəbərini də elə o özü yayıb”.

0
0