“Bavariya” klubunun prezidenti Bakıya gələcək?
09.09.2009 - 12:52
“Bakı” klubunun vitse-prezidenti Tunc Afşar UEFA-nın prezidenti Mişel Platini ilə görüşüb. Apasport.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Avropa Klublar Birliyinin (ECA) İsveçrənin Cenevrə şəhərində növbəti toplantısında baş tutub. Avropanın 103 klubunun iştirak etdiyi toplantıda Azərbaycanın yeganə təmsilçisi olan “Bakı”nı Afşar təmsil edib. Önəmli qərarların qəbul edildiyi toplantıda türkiyəli vitse-prezident Platini ilə yanaşı, Almaniyanın “Bavariya” klubunun və Avropa Klublar Birliyinin prezidenti olan Karl-Haynz Rumenigge ilə danışıqlar aparıb. Afşar danışıqların sonunda Rumeniggeni Azərbaycana dəvət edib.
0
0