Kreyq Bellami Azərbaycan yığmasından uzaqlaşmaq istəyir
09.09.2009 - 14:01
Uelsli futbolçu Kreyq Bellami Azərbaycan milli komandası haqda danışıb. Apasport.az saytının məlumatına görə, “Mançester Siti” klubunda çıxış edən 30 yaşlı hücumçu milli komandamıza qarşı cari seçmə mərhələdəki hər iki görüşdə iştirak edə bilməsə də, qələbənin əhəmiyyətini azaltmır. Həmin vaxt zədə problemi ilə üzləşən Bellami turnir cədvəlində yığmamızdan 1 yox, 2 pillə irəlidə olmaq istəyir. Elə buna görə də Uels yığmasının kapitanı Rusiya ilə bu gün evdə keçirəcəkləri rəsmi oyunda yalnız qələbə haqda düşünür: “Rusiya yığması dünya səviyyəli komanda sayılır. Mən çox şadam ki, belə güclü rəqiblə oyunda özümü sınayacağam. Biz Moskvada heç də pis oynamadıq və 1:2 hesablı üzücü məğlubiyyətlə üzləşdik. Ancaq bizim komanda bundan sonra Azərbaycana yollandı və qalib gəldi. Bu, qələbə bizə qrupda 4-cü yeri təmin etdi. İndi gəlin qalan oyunlarda da qələbə qazanaq və qrupda 3-cü yeri tutaq”.
Qeyd edək ki, Bellami vaxtilə milli komandamıza rəsmi oyunda qol vurub.
Qeyd edək ki, Bellami vaxtilə milli komandamıza rəsmi oyunda qol vurub.
0
0