Ruslar Berti Foqtsa sataşdı
09.09.2009 - 14:34
Rusiyalı həmkarlarımız Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsa sataşıblar. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız 63 yaşlı alman mütəxəssis Bakıda dediyi sözünün üstündə durmamasına kinayə edirlər.
Məlum olduğu ki, Foqts Finlandiya ilə Lənkərandakı görüşdə üzücü məğlubiyyətdən (1:2) sonra Almaniya milli komandasını səfərdə məğlub edəcəyinə söz vermişdi. Bunu replika kimi qəbul edən rus həmkarlarımız gülüşlə qarşılayıb: “Azərbaycanın bundestimə rəqib olmamağı hamıya aydındır. Elə Foqtsa da ilk növbədə. Azərbaycanlıların məşqçisi vətəninə gələn zamanı “hədə-qorxu”nu asanlıqla unutdu. O, əsasən Almaniyanın qrupda 1-ci yeri tutacağı və onun komandasının bundestimə kömək edə biləcəyi haqda danışıb. Yəni Foqtsun sözlərinə görə, Rusiya yığması üçün Bakıdakı oyun qeyri-adi olacaq və onun yetirmələri çox çalışacaqlar”.

0
0