Milli komandamız almanların planını necə poza bilər?
09.09.2009 - 15:30
Almaniya yığması maraqlı addım atıb. Apasport.az saytının məlumatına görə, Bundestim hələ 2010-cu il dünya çempionatına vəsiqə qazanmamış Cənubi Afrika Respublikasında dəbdəbəli oteldə yer sifariş edib.
Bu, Pretoriyadan yaxınlığında olan beşulduzlu “Velmore Grande” otelidir. Maraqlısı isə odur ki, bu məkan hələ fəaliyyət göstərmir və bu ilin noyabrında rəsmən açılacaq. Almaniya Futbol Assosiasiyası yığmanın 2010-cu il dünya çempionatında qalacağı oteldə nömrələri indidən sifariş etdiyini təsdiqləyib.
Göründüyü kimi, milli komandamız bu gün səfərdə Bundestimdən xal almaq sensasiyasını reallaşdırarsa, almanları etdiklərin peşman edə bilərlər. Belə ki, Yoahim Lövün çalışdırdığı yığma qrupdakı liderliyini Rusiyaya verib, seçmə mərhələni 2-ci yerdə başa vurarlarsa, bu, dünya çempionatında iştirak edəcəklərinə zəmanət vermir.
Belə olan halda, Bundestim yalnız pley-off oyunlarında iştirak etmək hüququ qazanacaq.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0